Bəzi insanlar var ki, onları adətən məsuliyyətsiz adlandırırlar. Onlar qarşı tərəflə üz-üzə gəlməkdənsə, kənara çəkilib vəziyyətin keçməsini gözləməyi üstün tuturlar. Halbuki, obyektiv olaraq, xüsusilə də mənəvi baxımdan rəqiblərindən daha güclü ola bilərlər.
Lent.az xəbər verir ki, astroloq Ludmila Bulqakova özünü müdafiə etməkdə çətinlik çəkən bürclərin adlarını açıqlayıb.
Balıqlar
Balıqlar bu siyahıda, bəlkə də, ilk sırada yer alırlar. Həddindən artıq həssas və yumşaq xarakterə malik olduqları üçün hətta onları incidən insanlara belə rəhm edirlər. Buna görə də, qarşı tərəfə qətiyyətli şəkildə cavab vermək və ya öz haqlarını müdafiə etmək onlar üçün çətin olur. Çox vaxt susmağı və münaqişədən uzaq durmağı seçirlər.
Tərəzi
Tərəzilər daxili rahatlıqlarına və ruhi tarazlıqlarına böyük önəm verirlər. Məhz buna görə də neqativ halların onların həyatına təsir etməsinə imkan vermək istəmirlər. Hətta onları qəsdən əsəbiləşdirməyə və emosional reaksiya verməyə təhrik etdikdə belə, qarşıdurmaya girmək əvəzinə özlərini saxlamağa və xoşagəlməz davranışları görməzdən gəlməyə üstünlük verirlər.
Əkizlər
Əkizlər ətrafdakı insanlara həyatlarında hər şeyin qaydasında olduğunu göstərmək üçün çox səy göstərirlər, hətta əslində vəziyyət fərqli olsa belə. Onların düşüncəsinə görə, münaqişəyə qoşulmaq şəxsi problemlərinin olduğunu nümayiş etdirə bilər. Bu isə Əkizlər üçün qəbuledilməzdir. Elə buna görə də onlar çox vaxt öz mövqelərini açıq şəkildə müdafiə etməkdən çəkinirlər.
Qeyd edək ki, astroloji proqnozlar və xarakter təsvirləri elmi faktlara deyil, astroloji inanclara əsaslanır və əyləncə xarakteri daşıyır.
bürclər maraqlı xəbərlər maraqMənbə: lent.az