Ceffri Epşteyn işində ifadə verən “Microsoft” şirkətinin təsisçisi Bill Qeyts heç vaxt Epşteynin adasına və ya evlərinə getmədiyini, onun qanunsuz fəaliyyətlərində iştirak etmədiyini və heç kimin qurbanı olmadığını bildirib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Epşteynlə 2011-ci ildə görüşdüyünü deyən Qeyts görüşü böyük bir səhv adlandırıb və iddia edib ki, Epşteyn sonradan keçmişi haqqında məlumatlardan istifadə edərək ona təzyiq göstərməyə çalışıb.
“Microsoft” şirkətinin təsisçisi və dünyanın ən tanınmış iş adamlarından biri olan Bill Geyts, yetkinlik yaşına çatmayan qızlara cinsi istismar edən bir şəbəkə idarə etməkdə ittiham olunan və 2019-cu ildə həbsxanada ölən Ceffri Epşteynin istintaqının bir hissəsi olaraq Nümayəndələr Palatasının Nəzarət Komitəsi qarşısında könüllü olaraq ifadə verib. Qapalı iclasın əvvəlində danışan Qeyts Epşteynin cinayətkar fəaliyyətlərinin şahidi olmadığını bildirib.
"Heç vaxt onun adasina və ya evinə getməmişəm"
Epşteyndən uzaqlaşdığını bildirən Qeyts, ictimai sahədə tez-tez ortaya çıxan münasibət iddialarına da cavab verib. "Mən heç vaxt onun adasına, fermasına və ya Floridadakı evinə getməmişəm.
Heç kimə qarşı haqsızlıq etməmişəm. Epşteyn mənimlə şəxsi münasibət qurmağa çalışdı, amma mənim belə bir marağım yox idi və heç vaxt onun səylərinə cavab vermədim", - Qeyts deyib.
"Əvvəldən onunla görüşməməliydim"
Cefri Epşteynlə ilk dəfə 2011-ci ildə görüşdüyünü izah edən Qeyts, Epşteynin qlobal səhiyyə layihələri üçün milyardlarla dollar maliyyə təmin edə biləcəyini iddia etdiyini söyləyib.
Qeyts, Epşteynin keçmişdə hüquqi problemləri olduğunu bildiyini, lakin törətdiyi cinayətlərin miqyasını tam başa düşmədiyini bildirərək, "O, görüşlərimizdən öz xeyrinə istifadə etməyə çalışdı. Mən onunla əvvəldən görüşməməli idim. Bu, böyük bir səhv idi" deyib.
"Mənə təzyiq etməyə çalişdi"
Qeyts daha sonra iddia edib ki, özünü Epşteyndən uzaqlaşdırmağa çalışıb, lakin Epşteyn keçmişi ilə bağlı bəzi məlumatlardan istifadə edərək onu yenidən əlaqə qurmağa məcbur edib.
"Epşteyn yaydığı çoxsaylı yalanlarla yanaşı, keçmiş xəyanətlərimlə bağlı məlumatlardan da istifadə edərək mənə təzyiq göstərməyə çalışıb", - milyarder iş adamı bildirib.
Bill Qeytsin adi Epsteyn işində çəkilib
Amerikalı maliyyəçi Ceffri Epşteyn 2002-2005-ci illər arasında yetkinlik yaşına çatmayan qızlara qarşı cinsi istismar şəbəkəsi yaratmaq ittihamı ilə mühakimə olunub. Epşteyn 2019-cu ildə həbsxanada ölü tapılıb və hakimiyyət orqanları ölüm səbəbinin intihar olduğunu açıqlayıb.
Bill Qeytsin adı və Epşteynlə çəkilmiş bəzi şəkillər ABŞ Ədliyyə Nazirliyi tərəfindən ictimaiyyətə açıqlanan milyonlarla səhifəlik Epşteyn sənədlərinə daxil edilib. Lakin Qeyts əvvəllər Epşteynin qanunsuz fəaliyyətindən xəbərsiz olduğunu və heç bir cinayətdə iştirak etmədiyini bildirib.
Ceffri Epşteyn Bill Qeyts “Microsoft” şirkəti

Mənbə: lent.az