IMG-LOGO

Giləmeyvələri yeməzdən əvvəl sirkədə isladın: Hər şeyi dəyişdirən hiylə

11 Jun 2026 12:29 2 baxış
IMG
38 0

Yay mövsümündə sağlamlıq üçün faydalı olan giləmeyvələrin vaxtı çatır. Lakin hər 10 təzə giləmeyvədən təxminən ikisi qısa müddətdə kiflə örtülərək yararsız hala düşür. Şirəli və dadlı olsalar da, giləmeyvələr çox həssas məhsullardır. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, adi süfrə sirkəsi meyvələrin xarab olmasına səbəb olan kif sporlarını və bakteriyaları effektiv şəkildə məhv edir. Giləmeyvələri ağ sirkə və su qarışığında yumaq onların soyuducuda saxlanma müddətini uzada bilər.

Giləmeyvələri necə yumaq, qurutmaq və saxlamaq lazımdır?

Əvvəlcə giləmeyvələri çeşidləyin və həddindən artıq yetişmiş, əzilmiş və ya kiflənmiş olanları ayırıb atın. Çünki xarab olmağa başlayan bir giləmeyvə digərlərinin də daha tez yetişməsinə və korlanmasına səbəb ola bilər. Böyük bir qabda üç stəkan su ilə bir stəkan ağ sirkəni qarışdırın.

Giləmeyvələri bu qarışığa əlavə edib ehtiyatla qarışdırın. Daha sonra onları 5-10 dəqiqə bu məhlulda saxlayın. Sonra giləmeyvələri süzgəcdən keçirərək axar suyun altında yüngül şəkildə yaxalayın. Yuyulmuş giləmeyvələri kağız dəsmal sərilmiş sininin üzərinə bir qat şəklində düzün və tamamilə qurumağa qoyun.

"Giləmeyvələri saxlamağa hazırlayarkən onları bir-birinə qarışdırmayın. Müxtəlif giləmeyvə növlərini ayrı saxlayın, çünki bəziləri digərlərindən daha tez yetişir. Onları kağız dəsmal sərilmiş qabda saxlamaq daha məqsədəuyğundur. Dərin olmayan qab seçin ki, giləmeyvələr üst-üstə çox yığılmasın. Əgər qapaqlı qabdan istifadə edirsinizsə, artıq nəmin çıxması üçün qapağı tam bağlamayın", - məlumatda bildirilib.

 

Maraq giləmeyvə sirkəli suyun faydaları sağlam qidalanma

Mənbə: lent.az

Xəbər lenti