Məşhur aviasiya şirkəti “Airbus” Berlin aviasiya sərgisində H145 helikopterinin pilotsuz və tam avtonom versiyası olan U145 modelini təqdim edib.
Lent.ax xəbər verir ki, modelin ilk sınaq uçuşunun 2026-cı ilin sonunda təhlükəsizlik pilotu ilə həyata keçirilməsi, xidmətə qəbulunun isə 2030-cu illərin əvvəlində baş tutması planlaşdırılır.
U145 süni intellekt və xüsusi sensorlarla təchiz olunub, ənənəvi pilot kabinəsi yoxdur. Əsasən iri həcmli mülki və hərbi yük daşımaları üçün nəzərdə tutulub. Helikopterin maksimal uçuş çəkisi 3,8 ton olacaq.
Modul konstruksiya sayəsində aparat fəlakətlərin idarə olunması, yanğınsöndürmə, kəşfiyyat, müşahidə və hətta digər pilotsuz aparatların daşıyıcısı kimi istifadə oluna biləcək.
"Airbus" bildirir ki, U145 şirkətin insan idarə olunan helikopterdən yaradılmış ikinci pilotsuz modelidir və Avropada yeni nəsil avtonom hava sistemlərinin inkişafına yönəlib.
Airbus helikopter
Mənbə: lent.az