"Rabitəbank" ASC-nin səhmdarlarının pay bölgüsündə dəyişiklik olub.
"Report" bu barədə Bankın illik maliyyə (audit) hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, "Rabitəbank"ın səhmlərinin 13,51 %-nə nəzarət edən Zakir Nuriyev (Bankın Müşahidə Şurasının sədri) payını 11,48 %-ə endirib. Əvəzində digər səhmdar Aslan Xasiyev payını 4 %-dən 6,03 %-ə çatdırıb.
Səhmlərin 38,6 %-i əvvəlki qaydada Rauf Əliyevə, 34,64 %-i Validə Abbasovaya, 9,11 %-i Dilarə Nuriyevaya, 0,14 %-i isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom" və "AzInTelecom" MMC-lərə, Dövlət Radiotezliklər İdarəsi və "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyinə, "Bakı Teleqrafı" ASC və "Bakcell" MMC-yə məxsusdur.
R.Əliyev həm də "Meqa Sığorta" ASC-nin 19%-lik səhmdarıdır.
Xatırladaq ki, "Rabitəbank" 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır.
Mənbə: report.az