IMG-LOGO

"Capital Partners İnvestisiya Şirkəti" maliyyə vəziyyətini açıqlayıb

27 May 2026 15:00 2 baxış
IMG

"Capital Partners İnvestisiya Şirkəti" QSC 2025-ci ili 53 min manat xalis mənfəətlə başa vurub.

"Report" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2025-cü illə müqayisədə 15,2 % çoxdur.

Ötən il "Capital Partners"in vergiyəqədərki mənfəəti 74 min manat (əvvəlki ilə nisbətən 21,3 % çox), mənfəət vergisi ödəmələri isə 20 min manat (33,3 % çox) olub.

Bu il yanvarın 1-nə "Capital Partners"in aktivləri 998 min manat olub ki, bu da illik müqayisədə 25,9 % çoxdur. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 2,2 dəfə artaraq 283 min manata, balans kapitalı isə 8 % artaraq 715 min manata çatıb.

Xatırladaq ki, "Capital Partners" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 400 min manatdır. İnvestisiya şirkətinin səhmdarı 100 % "Rabitəbank" ASC-dir.

Mənbə: report.az

Xəbər lenti