"Kredit Servis" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 203 min manat xalis mənfəətlə başa vurub.
"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 3,2 dəfə çoxdur.
Ötən il "Kredit Servis"in vergiyəqədərki mənfəəti 256 min manat (əvvəlki ilə nisbətən 2,05 dəfə çox), mənfəət vergisi ödəmələri isə 51 min manat (3 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə "Kredit Servis"in aktivləri 1,9 milyon manat olub ki, bu da illik müqayisədə 18,1 % çoxdur. Bunun 1,419 min manatı müştərilərə verilmiş kreditlərdir. 2025-ci ildə BOKT-un kredit portfeli 0,9 % böyüyüb.
Hesabat dövründə "Kredit Servis"in öhdəlikləri 58 % artaraq 414 min manata, balans kapitalı isə 10,3 % artaraq 1,486 milyon manata çatıb.
Xatırladaq ki, "Kredit Servis" 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,283 milyon manatdır.
Mənbə: report.az