IMG-LOGO

"Ferrum Kapital"ın istiqrazlarına 50 investor maraq göstərib

21 May 2026 15:58 3 baxış
IMG

Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) Azərbaycanın aparıcı faktorinq şirkəti - "Ferrum Kapital" MMC-nin 1 milyon manatlıq faizli, təminatsız, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə "Report"a BFB-dən bildirilib.

Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 100 000 ədəd istiqraz birqiymətli hərrac üsulu ilə yerləşdirilib. Hərraca 50 investor 1 milyon manatlıq 50 sifariş təqdim edib. Son nəticədə istiqrazların hamısı yerləşdirilib. Qiymətli kağızlar 1 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 14 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "Unicapital İnvestisiya Şirkəti" ASC-dir.

İstiqrazların tədavüldə olduğu müddətdə emitentin onları geri alması nəzərdə tutulmayıb.

Mənbə: report.az

Xəbər lenti