IMG-LOGO

Andaman dənizində qaçqınlarla dolu gəmi qəzaya uğrayıb, yüzlərlə insan itkin düşüb

14 Apr 2026 21:37 3 baxış
IMG

Andaman dənizinin Banqladeş sahilləri yaxınlığında gəmi qəzası nəticəsində qadınlar və uşaqlar da daxil olmaqla azı 250 nəfər itkin düşüb.

"Report" xəbər verir ki, bu barədə "Dhaka Tribune" nəşri məlumat yayıb.

Məlumata görə, gəminin sərnişinləri Rohinca qaçqınları, eləcə də Banqladeş vətəndaşları olub. Gəmi Banqladeşin cənubunda yerləşən Teknaf bölgəsindən yola düşüb və Malayziya istiqamətində irəliləyib. İlkin məlumata görə, qəzaya səbəb gəminin həddindən artıq yüklənməsi, güclü külək və fırtına şəraiti olub.

Hazırda axtarış-xilasetmə əməliyyatı aparılır.

Banqladeşin Sahil Mühafizəsi bildirib ki, Çittaqonqdan İndoneziyaya gedən "MT Meghna Pride" gəmisi qəzaya uğramış trol gəmisindən doqquz nəfəri xilas edib. "The Daily Star" qəzetinin sağ qalanlara istinadən verdiyi məlumata görə, gəmidə 250-280 sərnişin olub. İddialara görə, gəminin insan alverçiləri sərnişinləri balıq və tor saxlamaq üçün nəzərdə tutulmuş dörd dar bölməyə məcbur ediblər və orada 25-30 nəfər boğularaq ölüb.

Xəbər lenti