IMG-LOGO

Rüfət Qəmbərov: Özəl sektorun şəhər infrastrukturunun inkişafına cəlb edilməsi zəruridir

21 May 2026 14:43 3 baxış
IMG

Tranzaksiya kreditləşməsi infrastruktur və şəhər layihələrinin icrası zamanı biznesin dəstəklənməsinin əsas alətlərindən birinə çevrilir, çünki bu, şirkətlərə artıq mövcud olan müqavilə öhdəlikləri əsasında dövriyyə kapitalını operativ şəkildə cəlb etməyə imkan verir.

"Report" xəbər verir ki, bu barədə "Synergy Consulting" şirkətinin Azərbaycan üzrə direktoru Rüfət Qəmbərov Bakıda Ümumdünya Şəhər Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Dayanıqlı, inklüziv və həyat qabiliyyətli şəhərlərin yaradılmasında əsas iştirakçılar kimi kiçik və orta biznesin imkanlarının genişləndirilməsi" mövzusunda keçirilən panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, bu gün kiçik və orta sahibkarlıq sektoru müasir şəhər infrastrukturunun formalaşmasında və şəhərlərin dayanıqlı inkişafında çox vacib rol oynayır.

"Mərkəzləşdirilmiş soyutma, elektrik nəqliyyatı üçün infrastruktur, data-mərkəzlər və su idarəetmə sistemləri kimi təşəbbüsləri yalnız dövlətin səyləri hesabına həyata keçirmək qeyri-mümkündür - özəl sektorun fəal şəkildə cəlb edilməsi tələb olunur. Bunun üçün şirkətlərin maliyyə resurslarına çıxışı olmalıdır və burada debitor borcları əsasında tranzaksiya kreditləşməsi xüsusi əhəmiyyət kəsb edir: qəti müqavilə öhdəliklərinə malik müəssisələr təchizat zəncirinin maliyyələşdirilməsi platformaları vasitəsilə dövriyyə vəsaitlərini operativ şəkildə cəlb etmək imkanına malikdirlər", - deyə R. Qəmbərov vurğulayıb.

Mənbə: report.az

Xəbər lenti