IMG-LOGO

Səudiyyə Ərəbistanında ipoteka bazarının ümumi dəyəri açıqlanıb

21 May 2026 10:58 2 baxış
IMG

Son illər Səudiyyə Ərəbistanında ipoteka bazarının ümumi dəyəri 1 trilyon riala yaxınlaşıb.

"Report" xəbər verir ki, bunu ölkənin Bələdiyyələr və Mənzil Nazirliyinin Təchizat Zənciri üzrə baş direktoru Əli Əl-Əhməd Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Mənzil Maliyyələşdirilməsi üçün Yeni Razılaşma" adlı tədbirdə bildirib.

"​Tələb tərəfinə gəldikdə, biz mənzil almaq hüququ olan vətəndaşları bir sıra amillərə əsasən qruplaşdırdıq. Əsas amillərdən biri onların gəliri idi. Əgər gəliriniz 4 000 raal (1 000 dollar) və ya daha çoxdursa, siz sərfəli mənzil almaq hüququna sahibsiniz. Yəni ​sərfəli mənzil əldə etmək hüququ qazanmaq üçün aylıq gəliriniz 1 000 ABŞ dolları olmalıdır. ​Sərfəli mənzil üçün uyğun sayıldıqdan sonra, hökumətin yerli banklarla əməkdaşlıq çərçivəsində subsidiyalaşdırdığı bir sıra paketlər mövcuddur. Səudiyyə Ərəbistanında 16-dan çox bank bu daşınmaz əmlak kreditlərini təqdim edir. Daşınmaz əmlak kreditləri son beş ildə 400 milyard rialdan 900 milyard riala yüksəlib".

1 rial - 0,453 manata bərabərdir.

Mənbə: report.az

Xəbər lenti