IMG-LOGO

Dünya Bankının vitse-prezidenti: "Mənzil sektoru qlobal ÜDM-in 15 %-ni formalaşdırır"

20 May 2026 12:55 3 baxış
IMG

Mənzil sektoru qlobal ümumi daxili məhsulun (ÜDM) 15 %-ni formalaşdırır.

"Report" xəbər verir ki, bu barədə Dünya Bankı Qrupunun infrastruktur üzrə vitse-prezidenti Valeri Levkov (Valérie Levkov) Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Qlobal Mənzil Maliyyələşdirməsindən Yerli Əlverişli Mənzil Fəaliyyətinə: Qlobal İnkişafdan və Submilli Maliyyədən İstifadə" mövzusunda panel müzakirəsində deyib.

"Mənzil sektoru iqtisadi inkişafın əsas hərəkətverici qüvvələrindən biri kimi çıxış edir. Orta hesabla ÜDM-in 15 %-i onun payına düşür, bununla belə, o, tikinti və memarlıqdan tutmuş sənaye istehsalı, ticarət və maliyyə sahəsinə qədər müxtəlif sektorlarda məşğulluğun artmasına töhfə verir. Şəhərlərin işçi qüvvəsini cəlb etmək üçün keyfiyyətli və maliyyə cəhətdən əlçatan mənzillərə ehtiyacı var. Üstəlik, bu, təkcə inkişaf etməkdə olan iqtisadiyyatlara aid deyil - bu, genişmiqyaslı bir çağırışdır", - V.Levkov vurğulayıb.

Bundan əlavə, o qeyd edib ki, mənzil şəhər infrastrukturunun inteqratoru funksiyasını yerinə yetirir, çünki ev təsərrüfatları məhz onun vasitəsilə kommunal xidmətlərə və s. çıxış əldə edirlər.

Mənbə: report.az

Xəbər lenti