IMG-LOGO

EBRD Subsaxara Afrikasında "yaşıl şəhərlər" layihələrinin icrasına başlamağı planlaşdırır

20 May 2026 09:45 2 baxış
IMG

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Saxaradan cənubdakı Afrika ölkələrində "yaşıl şəhərlər"in inkişafı üzrə layihələrin icrasına başlamağı planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə EBRD-nin dayanıqlı biznes və infrastruktur, iqlim strategiyası və icrası üzrə mütəxəssisi Liza Rossi Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Şərqi Avropa və Mərkəzi Asiya Regional Qrupu" panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, EBRD bu yaxınlarda Saxaradan cənubda yerləşən Afrika ölkələrində fəaliyyətə başlayıb, lakin bu regionda "yaşıl şəhərlər"in inkişafı üzrə fəaliyyət planlarının həyata keçirilməsi hələ ki hazırlıq mərhələsindədir: "Biz bu istiqamətdə şəhərlərlə işə hələ başlamamışıq, lakin başlamağı planlaşdırırıq".

L.Rossi vurğulayıb ki, hazırda bankın bu sahədəki fəaliyyətinin əhəmiyyətli hissəsi Şərqi Avropa və Mərkəzi Asiya regionunda cəmləşib: "Mən artıq 7 milyard dollar rəqəmini vurğulamışdım ki, bunun da 3,6 milyard dollarını, yəni təxminən yarısını bankın birbaşa investisiyaları təşkil edir".

Mənbə: report.az

Xəbər lenti