IMG-LOGO

Naxçıvanda indiyə qədər 5 milyon manata yaxın ƏDV məbləği geri qaytarılıb

19 May 2026 15:02 3 baxış
IMG

İndiyə qədər Naxçıvan Muxtar Respublikasında "ƏDV geri al" layihəsi çərçivəsində istehlakçılara 4,8 milyon manat ƏDV məbləği geri qaytarılıb.

"Report"un yerli bürosu xəbər verir ki, bunun 0,65 milyon manatı bu ilin yanvar-aprel aylarının payına düşüb.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,7 % çoxdur.

Xatırladaq ki, ötən 4 ayda Azərbaycanda pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlərə, işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin 70,45 milyon manatlıq hissəsi fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.

Mənbə: report.az

Xəbər lenti