Azərbaycanda daşınmaz əmlakların 8-10 %-i sığortalıdır.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanov ATV-nin "İqtisadi zona" verilişinin efirində bildirib.
Onun sözlərinə görə, görülən tədbirlərə baxmayaraq, sığortalama səviyyəsini kəskin artırmaq hələ ki, mümkün olmayıb.
AMB rəsmisi hesab edir ki, daşınmaz əmlakın sığortasına marağın az olmasında bu sahədə risklərin yüksək olmaması böyük rol oynayır: "Adətən sığorta hadisələrinin, o cümlədən katastrofik hadisələrin baş verdiyi ölkələrdə daşınmaz əmlakın sığortasına maraq yüksəlir, çünki insanların sığortaya ehtiyacı olur".