"İrşad" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 153 min manat zərərlə baş vurub.
"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 2,25 dəfə çoxdur.
Bu il yanvarın 1-nə "İrşad"ın aktivləri 1,027 milyon manat olub ki, bu da illik müqayisədə 6 % azdır. Bunun 495 min manatı müştərilərə verilmiş kreditlərdir. 2025-ci ildə BOKT-un kredit portfeli 21,5 dəfə böyüyüb.
Hesabat dövründə "İrşad"ın öhdəlikləri 100 % azalıb, balans kapitalı isə 10,4 % artaraq 1,027 milyon manata, o cümlədən nizamnamə kapitalı 25 % artaraq 1,25 milyon manata çatıb.
Xatırladaq ki, "İrşad" 2023-cü ildə yaradılıb. BOKT-un təsisçisi 100 % Rəşad Qəribovdur.