IMG-LOGO

Laos WUF13-də infrastruktur investisiyalarının yenidən qiymətləndirilməsinə çağırış edib

17 May 2026 12:35 4 baxış
IMG

Laos beynəlxalq ictimaiyyəti dünyanın ən həssas regionlarında infrastruktur layihələrinin maliyyələşdirilməsi üzrə mexanizmlərə köklü şəkildə yenidən baxmağa çağırır.

"Report" xəbər verir ki, bu bəyanatla Laosun ictimai işlər və nəqliyyat nazirinin müavini Detsonqham Thammavonq (Detsongkham Thammavong) Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən nazirlərin dəyirmi masasında çıxış edib.

"Şəhərlərin qorunması üzrə fəaliyyətin miqyasının genişləndirilməsi üçün dayanıqlı investisiyalar, əlçatan maliyyə alətləri və texniki potensialın artırılması zəruridir. Bu, hazırda sürətlənən urbanizasiya və artan iqlim təhdidlərinin təzyiqi altında qalan ən az inkişaf etmiş dövlətlər üçün mühüm əhəmiyyət kəsb edir", - o qeyd edib.

Xəbər lenti