IMG-LOGO

Azərbaycan Qiymətli Kağızlar üzrə Komissiyaların Beynəlxalq Təşkilatının yığıncağında təmsil olunub

15 May 2026 14:49 3 baxış
IMG

Azərbaycan Qiymətli Kağızlar üzrə Komissiyaların Beynəlxalq Təşkilatının (IOSCO) illik toplantısı çərçivəsində təşkilatın Avropa Regional Komitəsinin (ERC) onlayn formatda illik yığıncağında təmsil olunub.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, IOSCO İdarə Heyətinin sədri Jan Pol Servaisin sədrlik etdiyi yığıncaqda region üzrə 50-dən çox qiymətli kağızlar bazarı üzrə tənzimləyici qurumundan 100 nümayəndə iştirak edib. Tədbirdə AMB-nin sədr müavini Əli Əhmədov cari geosiyasi hadisələrin beynəlxalq maliyyə bazarlarında yaratdığı volatilliyin yerli kapital bazarlarına təsiri mövzusunda çıxış edib.

Komitə üzvləri qiymətli kağızlar bazarlarında dayanıqlılığın təmin edilməsi sahəsində yeniliklər barədə fikir mübadiləsi aparıb, investorların müdafiəsi və nəzarət üzrə beynəlxalq əməkdaşlığının gücləndirilməsi yollarını müzakirə ediblər.

Bundan əlavə, iştirakçılara IOSCO-nun 2026-cı il üzrə iş planının icrası barədə məlumat verilib, eləcə də tənzimləyici yanaşmalar arasında uyğunluğun təşviqində təşkilatın rolu vurğulanıb.

Xəbər lenti