"Atəşgah Həyat Sığorta" ASC bu ilin I rübünü 4,585 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31 % çoxdur.
Yanvar-mart aylarında "Atəşgah Həyat Sığorta"nın gəlirləri 30,128 milyon manat (1 il əvvələ nisbətən 93,95 % çox), xərcləri 24,396 milyon manat (2,2 dəfə çox), mənfəət vergisi ödəmələri isə 1,146 milyon manat (31 % çox) təşkil edib.
Bu il aprelin 1-nə "Atəşgah Həyat Sığorta"nın aktivləri 152,539 milyon manat olub ki, bu da illik müqayisədə 10,15 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 11,3 % artaraq 132,36 milyon manata, balans kapitalı isə 3,3 % artaraq 20,179 milyon manata çatıb.
Xatırladaq ki, "Atəşgah Həyat Sığorta" şirkəti 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 6,5 milyon manat təşkil edır. Şirkətin səhmləri 100 % "Ran-Exim" MMC-yə ("Atəşgah Sığorta" ASC-nin 27 %-lik səhmdarı) məxsusdur.