"Atəşgah Sığorta" ASC bu ilin I rübünü 323 min manat xalis mənfəətlə başa vurub.
"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 57 % azdır.
Yanvar-mart aylarında "Atəşgah Sığorta"nın gəlirləri 15,843 milyon manat (1 il əvvələ nisbətən 1 % az), xərcləri 15,439 milyon manat (2,5 % çox), mənfəət vergisi ödəmələri isə 81 min manat (57 % az) təşkil edib.
Bu ilin aprelin 1-nə "Atəşgah Sığorta"nın aktivləri 64,31 milyon manat olub ki, bu da illik müqayisədə 9,8 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 13,8 % azalaraq 46,786 milyon manata düşüb, balans kapitalı isə 2,8 % artaraq 17,524 milyon manata çatıb.
Xatırladaq ki, "Atəşgah Sığorta" 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 5,009 milyon manat təşkil edir. Şirkətin səhmlərinin 63 %-i "ISR Holding" MMC-yə, 27 %-i "Ran-Exim" MMC-yə, 10 %-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.