IMG-LOGO

Azərbaycan Mərkəzi Bankı son 2 ayda valyuta hərracı keçirməyib

06 May 2026 11:48 2 baxış
IMG

Bu ilin mart-aprel aylarında Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta hərraca keçirməyib.

"Report" xəbər verir ki, bunu AMB-nin Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

"Buna səbəb valyuta bazarında təklifin tələbi üstələməsidir. Odur ki, biz apreldə bazara 1 milyard ABŞ dolları məbləğində alışyönümlü müdaxilə etdik. ​Biz dedollarlaşma proseslərinin davamını müşahidə edirik. Mart ayının nəticələrinə əsasən dollarlaşma səviyyəsi rezident fiziki şəxslərin əmanətlərində 37-38 %-ə düşüb. Bu isə ilin əvvəlinə nisbətən 2,1 faiz bəndi azalma deməkdir. Ümumiyyətlə həm nağd bazarda, həm qeyri-nağd valyuta bazarında biz əhalinin manata inamının artmasını, gözləntilərin sabit olmasını müşahidə edirik. Çox güman ki, yaxın 2-3 ayda bazarda vəziyyət dəyişməyəcək. Hətta ilin sonuna doğru növbəti alışyönlü müdaxiləmiz ola bilər",- deyə o qeyd edib.

Xəbər lenti