IMG-LOGO

Koreya Bankının sədr müavini: Faiz dərəcələrinin artırılmasını nəzərdən keçirməyin vaxtı gəlib çatıb

04 May 2026 07:55 3 baxış
IMG

Koreya Bankının birinci müavini Ryu San De bildirib ki, tənzimləyicinin may ayının sonunda keçiriləcək növbəti iclasında pul siyasəti ilə bağlı daha qətiyyətli ritorika müşahidə oluna bilər.

"Report"un "Reuters"ə istinadən verdiyi məlumata görə, o, bunu Asiya İnkişaf Bankının illik toplantısı çərçivəsində Səmərqənddə keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hazırkı şəraitdə faiz dərəcələrinin artırılmasını nəzərdən keçirməyin vaxtı gəlib çatıb. O qeyd edib ki, hökumətin istehlak qiymətlərini məhdudlaşdırmaq üçün gördüyü tədbirlərə baxmayaraq, ölkədə inflyasiya təzyiqi yüksək olaraq qalır.

Eyni zamanda, Ryu San De, Cənubi Koreyanın iqtisadiyyatının bu il təxminən 2% böyüyə biləcəyini təxmin edir. Yarımkeçirici ixracına güclü tələbat bu artımın əsas hərəkətverici qüvvəsi olaraq qalır.

Xəbər lenti