IMG-LOGO

Azərbaycan manatının dövretmə sürəti artıb

02 May 2026 13:43 5 baxış
IMG

Bu il aprelin 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 2,97 bənd təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,14 bənd çox, ilin əvvəli ilə müqayisədə 0,23 bənd az, ötən il aprelin 1-nə nisbətən isə 0,39 bənd azdır.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 20 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

Xəbər lenti