Azərbaycanın İraqdakı səfiri Eldar Səlimov bu ölkənin Mərkəzi Bankının rəhbəri Əli Möhsün Əl-Alaq ilə görüşüb.
"Report" xəbər verir ki, E. Səlimov bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
"30 aprel tarixində İraq Mərkəzi Bankının rəhbəri Əli Möhsün Əl-Alaq ilə görüşməkdən məmnunluq duydum", - o bildirib və əlavə edib ki, görüşdə iki ölkənin mərkəzi bankları arasındakı əməkdaşlıq imkanları müzakirə olunub:
"Həmçinin maliyyə-bank sistemlərinin inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb".