IMG-LOGO

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi auditor seçib

30 Apr 2026 09:55 4 baxış
IMG

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) 2025-ci il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi "Hesabat" MMC-dir.

Qalib şirkətə 1 400 manat ödəniləcək.

Ötən il bu sorğunun qalibi "Azəruçot" MMC olub. Şirkətə 1 910 manat ödənilib.

Xəbər lenti