IMG-LOGO

Tehran aeroportu aprelin 25-dən fəaliyyətini bərpa edəcək

24 Apr 2026 13:42 6 baxış
IMG

Tehrandakı İmam Xomeyni adına Beynəlxalq Hava Limanı aprelin 25-dən fəaliyyətini bərpa edəcək.

"Report" xəbər verir ki, bu barədə İran mediası hava limanının bəyanatına istinadən məlumat yayıb.

Qeyd olunub ki, Tehrandan ilk reyslər İstanbul və Maskata həyata keçiriləcək.

Xatırladaq ki, fevralın 28-də ABŞ-nin və İsrailin İrana qarşı hərbi əməliyyatı başlayandan sonra ölkədə hava əlaqəsi dayandırılmışdı. Daha sonra İran hakimiyyəti ölkənin əsas hava limanlarından aviareyslərin qismən bərpa edilməsi barədə qərar qəbul etdi. Aprelin 18-də İslam Respublikasının hava məkanının qismən açılmasının elan edilməsindən sonra Omandan İrana ilk sərnişin təyyarəsi yola düşüb.

Xəbər lenti