Hacıqabul rayonunun Pirsaat kəndində yağışlardan sonra göbələk yığımı canlanıb.
Lent.az APA TV-yə istinadən xəbər verir ki, yaşayış məntəqələrindən uzaqda, magistral yolun yaxınlığında yerləşən ərazi göbələk həvəskarlarının üz tutduğu məkana çevrilib.
Aramsız yağışların ardından havaların günəşli keçməsi göbələklərin yetişməsi üçün əlverişli şərait yaradıb.
Azərbaycanın müxtəlif bölgələrindən insanlar ailələri və dostları ilə birlikdə buraya göbələk toplamağa gəlirlər.
Əraziyə üz tutanlar yaxşı axtarış nəticəsində 2-3 kiloqram göbələk yığmağın mümkün olduğunu bildirirlər.
Göbələk həvəskarları bu məşğuliyyətin həm istirahət, həm də təbiətlə təmas baxımından xoş olduğunu vurğulayırlar.
Mütəxəssislər isə tanınmayan yabanı göbələklərin toplanması və yeyilməsinin zəhərlənmə riski yaratdığını xatırladırlar.
Hacıqabul Pirsaat göbələk yığımı təbiət istirahət göbələk həvəskarları APA TV
Mənbə: lent.az