IMG-LOGO

Keçmiş məcburi köçkün: Yuxularımda Ağdama gedirdim, qayıtmaq istəmirdim

24 Apr 2026 06:24 2 baxış
IMG

Yuxularımda Ağdama gedirdim, qayıtmaq istəmirdim.

"Report" xəbər verir ki, bu sözləri bu gün Ağdam şəhərinə qayıdan keçmiş məcburi köçkün Kazımova Zəminə deyib.

"Ağdamdan çıxanda 45, indi 78 yaşım var. Çox xoşbəxtəm, yurd həsrəti sona çatdı. Artıq köçkünlük həyatımız bitir, bundan sonra doğma Ağdamda, öz evimizdə yaşayacağıq. Bu günü bizə bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyevə, qəhrəman Ordumuza sonsuz minnətdarlığımı bildirirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin", - deyə o əlavə edib.

Xəbər lenti