IMG-LOGO

Ağdam sakini: Yarımçıq qalan arzularımızı gerçəkləşdirəcəyik

24 Apr 2026 06:41 2 baxış
IMG

Biz illərdir yurd həsrəti ilə yaşamışıq, həmişə Ağdama qayıtmağı arzulamışam. Bu gün isə yola çıxırıq və Ağdamda yarımçıq qalan arzularımızı gerçəkləşdirəcəyik.

"Report" xəbər verir ki, bu sözləri bu gün Ağdam şəhərinə qayıdan keçmiş məcburi köçkün Hüseynov Şamil deyib.

"Allah şəhidlərə rəhmət, qazilərə cansağlığı versin, əsgər və zabitlərimizi qorusun. Şükürlər olsun ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şəhidlərimizin şücaəti, qazilərimizin məğrurluğu sayəsində bu gün biz öz doğma obamıza qayıdırıq. Azərbaycan xalqı, dövləti hər zaman var olsun", – deyə o vurğulayıb.

Xəbər lenti