IMG-LOGO

ABŞ ordusu növbəti beş ildə təxminən 4300 "JASSM" raketi almağı planlaşdırır

24 Apr 2026 00:55 12 baxış
IMG

ABŞ Hərbi Hava Qüvvələri növbəti beş il ərzində "Lockheed Martin" şirkətindən təxminən 4300 "JASSM-ER" uzunmənzilli qanadlı raket almaq niyyətindədir.

"Report"un "Bloomberg"ə istinadən verdiyi məlumata görə, sözügedən çatdırılmaların 2031-ci maliyyə ilində həyata keçirilməsi planlaşdırılır.

Agentliyin məlumatına görə, Pentaqon növbəti maliyyə ilindən etibarən satınalma həcmini kəskin şəkildə artırmağı gözləyir. Bu il 144 raketin çatdırılması planlaşdırılsa da, bu rəqəm gələn il 821-ə çata bilər. 2028-ci ildə çatdırılma həcminin 900 raketə çatacağı gözlənilir.

Belə ki, ABŞ hərbi departamenti 2031-ci ilə qədər 11.000 "JASSM-ER" raketindən ibarət arsenala sahib olmağı hədəfləyir.

Qeyd olunur ki, alışların artması İrana qarşı hərbi əməliyyatlar zamanı sərf olunan yüksək dəqiqlikli silahların ehtiyatlarının artırılması zərurəti ilə əlaqədardır.

Xəbər lenti