IMG-LOGO

"Tankers Trackers": İranın 4 neft tankeri ABŞ-nin blokadasından keçib

23 Apr 2026 19:43 6 baxış
IMG

İranın 4 neft tankeri ABŞ-nin Hörmüz boğazındakı blokadasından keçib və İslam Respublikasının ərazi sularına daxil olub.

"Report" xəbər verir ki, bu barədə dəniz kəşfiyyatı ilə məşğul olan "Tankers Trackers" müstəqil şirkəti peyk görüntülərinə əsasən məlumat yayıb.

"Peyk görüntülərinə əsasən, bu gün Çabahar limanında 9 İran neft tankeri görünür", - məlumatda bildirilib və əlavə edilib ki, aprelin 21-i bu limanda 5 neft tankeri olub:

"Son iki gün ərzində İranın 4 neft tankeri ABŞ blokadasından uğurla keçərək İslam Respublikasının ərazi sularına daxil olub".

Qeyd edək ki, aprelin 22-də ABŞ Hörmüz boğazının bağlanması səbəbindən yanacaq qıtlığı yaşayan ölkələrin xahişi ilə Rusiya və İran neftinin dəniz yolu ilə tədarükünə tətbiq edilən sanksiyaların yumşaldılmasını 30 gün müddətinə uzadıb.

Xəbər lenti