IMG-LOGO

Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri yanğın baş vermiş internat məktəbinə baş çəkiblər

23 Apr 2026 17:33 3 baxış
IMG

3 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbində baş vermiş yanğın hadisəsi ilə əlaqədar Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri həmin müəssisəyə plandankənar başçəkmə həyata keçirib.

Bu barədə "Report"a Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, başçəkmə zamanı uşaqların sağlamlıq, o cümlədən təhlükəsiz və sağlam şəraitdə yaşamaq hüquqlarının təmini məsələləri yerində araşdırılıb. Uşaqlarla fərdi qaydada söhbətlər aparılıb, onların vəziyyəti ilə maraqlanılıb, narahatlıq doğuran məsələlər öyrənilib.

Müəssisə rəhbərliyi və aidiyyəti əməkdaşlarla da görüş keçirilərək baş vermiş hadisənin səbəbləri və nəticələrinin aradan qaldırılması istiqamətində görülmuş tədbirlər barədə məlumatlar əldə edilib.

Xatırladaq ki, aprelin 22-də Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin yataqxanasında yanğın baş verib. Xəsarət alan olmayıb.

Xəbər lenti