Banqladeş Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasında (WUF13) mümkün olan ən yüksək səviyyəli nümayəndə heyəti ilə qatılacaq.
Bunu "Report"un Türkiyə bürosuna açıqlamasında Banqladeşin Azərbaycan üzrə qeyri-rezident səfiri Amanul Haq deyib.
Bakını urbanizasiya, şəhər inkişafı və memarlıq baxımından nümunəvi hesab etdiyini bildirən səfir vurğulayıb ki, WUF13-də iştirakla Azərbaycanın şəhərsalma sahəsindəki təcrübəsini müşahidə etmək, öyrənmək və faydalanmaq istəyirlər.
"Həmçini yenə bu il Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Qurucu Tədbirlər Konfransının (CICA) Zirvə Görüşündə iştirak etməyi də planlaşdırırıq", - deyə səfir qeyd edib.