IMG-LOGO

Gürcüstan və Ermənistan müdafiə sahəsində əməkdaşlığı müzakirə ediblər

23 Apr 2026 13:33 4 baxış
IMG

Gürcüstan və Ermənistan müdafiə sahəsində əməkdaşlığın inkişafını müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşünün yekunlarına dair "X" sosial şəbəkəsində yazıb.

"Müdafiə sahəsində Gürcüstan-Ermənistan əməkdaşlığının inkişafını müzakirə etdik və təhlükəsizlik sahəsində dəyişən regional vəziyyət barədə fikir mübadiləsi apardıq", - o bildirib.

Xəbər lenti