IMG-LOGO

Paşinyan: Ermənistan yük maşınlarının Rusiyaya girişinə qadağa barədə rəsmi məlumat yoxdur

23 Apr 2026 13:54 5 baxış
IMG

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Rusiyanın Ermənistandan kənd təsərrüfatı məhsulları daşıyan yük maşınlarının ölkəyə girişinə mane olması barədə qərar qəbul etməsi haqqında heç bir məlumatı yoxdur.

"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında bildirib.

"Ən azından, hazırkı məqamda bizdə belə bir rəsmi məlumat yoxdur", - o deyib.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) danışan Paşinyan bir daha vurğulayıb ki, Ermənistan bu struktur çərçivəsində fəaliyyətini aktivləşdirmək üçün addımlar atmaq niyyətində deyil.

"Biz de-yure və yekun olaraq KTMT-dən çıxacağıq, yoxsa yox - bu, başqa məsələdir, deyə bilmərəm, vəziyyətdən asılı olaraq hərəkət edəcəyik", - o əlavə edib.

Xəbər lenti