Bu il aprelin 1-nə Azərbaycanda 1 696 283 vergi ödəyicisi olub.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən il aprelin 1-i ilə müqayisədə 5,1 % çoxdur.
Vergi ödəyicilərinin 86,8 %-i fiziki şəxslər, 13,2 %-i hüquqi şəxslər və digər təşkilatlardır. Son 1 ildə fərdi sahibkarların sayı 4,9 %, idarə, müəssisə və təşkilatların sayı isə 6,2 % artıb.
Bu il martın sonuna qeydiyyatda olan kommersiya qurumlarının sayı isə 1 il əvvələ nisbətən 6,8 % çox – 206 986 vahid təşkil edib.
Martda 750 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 91,3 %-i yerli investisiyalı, 8,7 %-i xarici investisiyalıdır. Kommersiya qurumlarının 86,9 %-i elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) elektron qeydiyyatının xüsusi çəkisi 97,2 % təşkil edib.
Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,1 %-i MMC formasında yaradılıb.