IMG-LOGO

Pakistan sahillərində mühafizə katerinə hücum edilib, ölənlər var

12 Apr 2026 20:47 2 baxış
IMG

Ərəb dənizinin Pakistan sahillərində sahil mühafizə katerinə hücum edilib, nəticədə üç əməkdaş həlak olub.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, hadisə bazar günü Pakistanın İranla sərhədi yaxınlığındakı sahil zonasında baş verib.

Polis və kəşfiyyat mənbələrinin məlumatına görə, kater planlı patrul xidməti həyata keçirərkən silahlı şəxslər ona atəş açıblar. Hücum nəticəsində göyərtədə olan üç əməkdaş həlak olub.

Hücuma görə məsuliyyəti qadağan olunmuş separatçı "Bəlucistan Azadlıq Ordusu" qruplaşması öz üzərinə götürüb. Qruplaşmanın bəyanatında qeyd olunur ki, dəniz akvatoriyasındakı hücum quru əməliyyatlarından sonra onun strategiyasında yeni mərhələdir.

Qeyd olunun ki, bu, Ərəb dənizində Pakistanın sahil mühafizəsinin patrul katerinə edilən ilk hücumdur. Hadisə yaraqlıların mütəmadi olaraq təhlükəsizlik qüvvələrinə və infrastruktur obyektlərinə hücum etdiyi Bəlucistan əyalətində davam edən silahlı qarşıdurma fonunda baş verib.

Xəbər lenti