IMG-LOGO

Türkiyədə 4,8 maqnitudalı zəlzələ olub

11 Apr 2026 18:54 2 baxış
IMG

Türkiyənin Kütahya vilayətində 4,8 maqnitudalı zəlzələ olub.

"Report" xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 17:31-də qeydə alınıb.

Zəlzələ ocağı 9,12 km dərinlikdə yerləşib.

Xəbər lenti