Paltaryuyan maşın zamanla kir, toz qalıqları, kif və xoşagəlməz qoxular toplayır. Bir çox insan bunu nəzərə almır, halbuki cihazın özü də mütəmadi təmizlənməlidir.
Lent.az xəbər verir ki, bu problemi bahalı kimyəvi vasitələrlə deyil, sadə üsulla soda və sirkə ilə həll etmək mümkündür. Sirkə turşu olduğu üçün kirəcləri və sabun qalıqlarını həll edir, soda isə bakteriyaları və qoxuları aradan qaldırır.
Vacib məqam: soda və sirkəni eyni anda istifadə etmək olmaz, çünki reaksiyaya girib təsirini itirir.
Ən doğru üsul belədir: Əvvəlcə boş maşına 2 stəkan sirkə əlavə edib yüksək temperaturda uzun proqramda işlədin. Daha sonra yarım stəkan soda əlavə edib qısa proqramda yenidən işə salın. Bu prosesdən sonra rezin hissələri və toz qabını silmək tövsiyə olunur, çünki kif əsasən həmin yerlərdə toplanır. Mütəxəssislərə görə, bu üsulla ayda bir dəfə təmizləmə aparmaq həm qoxunun qarşısını alır, həm də maşının ömrünü uzadır. Sirkə eyni zamanda bakteriyaları məhv edir və kirəcin qarşısını alır.
Ev paltaryuyan maşın soda sirkə