Bu gün Suraxanı rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
"Azərişıq"dan Lent.az-a verilən məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə aprelin 10-da Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində əsaslı təmir işləri aparılacaq.
Məlumata görə, Hövsan qəsəbəsində yerləşən Transformator Məntəqəsində həyata keçiriləcək təmir-təftiş işləri ilə əlaqədar əlaqədar saat 13:00-dan 15:00-dək qəsəbənin Elçin Məmmədov, Oqtay Şabanov, İlqar Əhlimanov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
işıq olmayacaq Suraxanıda işıq olmayacaq