Metsamor AES (Ermənistan) "Rosatom" ilə razılaşdırılmış istismar müddətinin uzadılması proqramı çərçivəsində beş ay müddətinə enerji sistemindən ayrılıb.
"Report" Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu ölkənin ərazi idarəçiliyi və infrastruktur naziri David Xudatyan hökumətin iclasında deyib.
"Ermənistan AES aprelin 1-dən istismar müddətinin uzadılması proqramı çərçivəsində beş ay müddətinə söndürülüb", - Xudatyan bildirib.
Bu arada, Baş nazir Nikol Paşinyan ölkənin günəş enerjisi hesabına enerji baxımından özünütəminetmə qabiliyyətinə malik ola biləcəyini bəyan edib. Onun fikrincə, Ermənistanda elektrik enerjisi idxal etməyə ehtiyac olmayacaq bir vəziyyət yaratmaq mümkündür.