IMG-LOGO

Ataqulıyev: Türkmənistan nəqliyyat dəhlizlərinin inkişafına xüsusi önəm verir

02 Apr 2026 12:40 4 baxış
IMG

Türkmənistan Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində nəqliyyat dəhlizlərinin inkişafına xüsusi əhəmiyyət verir.

"Report" xəbər verir ki, bunu Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Nökərqulu Ataqulıyev Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşündə çıxışı zamanı deyib.

"Türkmənistan qədim Böyük İpək Yolunun müasir formatda bərpası üzrə təşəbbüsləri ardıcıl şəkildə irəli sürərək, Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində nəqliyyat dəhlizlərinin inkişafına xüsusi əhəmiyyət verir", - o bildirib.

Sədr müavini qeyd edib ki, bu baxımdan regionlararası ticarət-iqtisadi əlaqələrin inkişafında Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizi, eləcə də Xəzər dənizi - Qafqaz - Mərkəzi Asiya - Yaxın Şərq marşrutları mühüm rol oynayır.

"Bu dəhlizlərin inkişafı ticarət dövriyyəsinin artırılması və iqtisadiyyatın digər sektorlarında əməkdaşlığın gücləndirilməsi üçün geniş imkanlar açır", - Ataqulıyev vurğulayıb.

Xəbər lenti