IMG-LOGO

Adılbek Kasımaliyev: Azərbaycanın sədrliyi TDT-də əməkdaşlığı gücləndirəcək

02 Apr 2026 11:57 2 baxış
IMG

Azərbaycanın Türk Dövlətləri Təşkilatında (TDT) sədrliyi əməkdaşlığa yeni təkan verəcək.

"Report"un məlumatına görə, bunu Qırğızıstanın Nazirlər Kabinetinin sədri Adılbek Kasımaliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşündə çıxışı zamanı deyib.

"Biz əminik ki, Azərbaycanın təşkilatda sədrliyi əməkdaşlığımıza yeni təkan verəcək və əvvəllər əldə edilmiş razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsini təmin edəcək", - o vurğulayıb.

Xəbər lenti