IMG-LOGO

İran Hörmüz boğazından istifadə ilə bağlı beynəlxalq razılaşmalara hazır olduğunu bəyan edib

02 Apr 2026 11:59 3 baxış
IMG

İran Asiya, ərəb ölkələri və bəzi Avropa ölkələri ilə Hörmüz boğazından istifadə barədə razılaşmaların bağlanmasına hazırdır.

"Report" İran mediasına istinadən xəbər verir ki, bunu hökumətin informasiya şurasının rəhbəri Əlyas Xəzrəti bəyan edib.

"Belə şəraitdə "Hörmüz paktı" adlı regional və beynəlxalq mexanizmin planlaşdırılması və yaradılması istiqamətində irəliləmək olar. Bu pakt İslam Respublikası İranın idarəçiliyi altında və region ölkələrinin, Asiya və ərəb ölkələrinin, hətta bu strateji yoldan istifadə edən bəzi Avropa oyunçularının iştirakı ilə baş tuta bilər", - o bildirib.

Xəbər lenti