IMG-LOGO

Overçuk: Azərbaycan və Gürcüstan vasitəsilə Ermənistana yük göndərmək hamıya faydalıdır

02 Apr 2026 08:50 2 baxış
IMG

Rusiya və Qazaxıstan yüklərinin Azərbaycan və Gürcüstan vasitəsilə dəmir yolu ilə Ermənistana göndərilməsi hamı üçün faydalıdır.

"Report" xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk TASS-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya və Qazaxıstan yüklərinin Azərbaycan və Gürcüstan ərazisindən Ermənistana daşınması ilə bağlı razılaşmalar "sözün əsl mənasında bir neçə gün ərzində" əldə edilib.

"Otuz ildə ilk dəfə Ermənistana dəmir yolu ilə gələn ilk taxıl yükü Rusiyanın idi. İndi gübrələrin göndərilməsinə başlanılır və malların çeşidi genişlənir. Bu, hamı üçün faydalıdır. Rusiyaya da, Azərbaycana da, Ermənistana da, Gürcüstana da. Hamının yeni gəlir mənbəyi var və Rusiyanın bununla birbaşa əlaqəsi var", - Baş nazirin müavini deyib.

O qeyd edib ki, Rusiya hökuməti ticarətin inkişafında və region ölkələri arasında yük axınının artırılmasında maraqlıdır.

"Biz Avrasiya İqtisadi İttifaqına üzv dövlətin blokdan çıxarılması məsələsində olduqca konstruktiv və səmərəli əməkdaşlığa görə Azərbaycan və Gürcüstana minnətdarıq", - Overçuk əlavə edib.

Xəbər lenti