Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanın rəhbərlik etdiyi Ermənistan Respublika Partiyası 2026-cı il iyunun 7-də keçiriləcək parlament seçkilərində birbaşa iştirak etməyəcək.
"Report" Ermənistan mediasina istinadən xəbər verir ki, bu qərar aprelin 1-də Respublika Partiyasının icraedici orqanının iclasında qəbul edilib.
Qeyd olunub ki, qərar hərtərəfli təhlilin yekunlarına əsasən qəbul edilib. Qərarın əsaslandırılması, eləcə də partiyanın gələcək addımları aprelin 4-də keçiriləcək partiyanın 18-ci qurultayında təqdim olunacaq.