IMG-LOGO

ŞKTR Baş naziri Azərbaycana səfərə gəlib

01 Apr 2026 02:11 3 baxış
IMG

Şimali Kipr Türk Respublikasının (ŞKTR) Baş naziri Ünal Üstel aprelin 1-də Azərbaycana səfərə gəlib.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov, mədəniyyət nazirinin müavini Fərid Cəfərov və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, cari ilin aprelin 2-də Bakıda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/vitse-prezidentinin ikinci görüşü keçiriləcək. Birinci toplantı ötən ilin sentyabrında Qırğızıstanın paytaxtı Bişkekdə baş tutmuşdu.

Xəbər lenti