IMG-LOGO

Qaxda maşın aşıb, yaralanan var

05 Nov 2026 09:21 3 baxış
IMG
0 0

Qaxda minik avtomobili aşıb, xəsarət alan var.

Lent.az xəbər verir ki, hadisə noyabrın 4-ü axşam saat 23 radələrində Qax-Qorağan avtomobil yolunda baş verib.

Qax rayon sakininin minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza zamanı rayonun Qarabaldır kənd sakini 40 yaşlı Paşa Yəhyayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Hadisələr yol qəzası

Mənbə: lent.az

Xəbər lenti