IMG-LOGO

11 qəpiyə görə 4 min manat cərimə – “Söz qaytaran”da maraqlı mövzular -VİDEO

05 Nov 2026 09:27 3 baxış
IMG
0 0

APA TV-nin “Söz qaytaran” verilişinin növbəti buraxılışında cəmiyyəti düşündürən, sosial şəbəkələrdə müzakirələrə səbəb olan və gündəlik həyatda insanların qarşılaşdığı bir sıra maraqlı məsələlər gündəmə gətirilib.

Lent.az xəbər verir ki, verilişdə marketlərdə tətbiq olunan cərimələrdən tutmuş həkimlərin dərman seçimlərinə, küçə davalarından ticarət obyektlərindəki yeniliklərə qədər müxtəlif mövzulara toxunulub.

Diqqətçəkən məsələlərdən biri marketdə cəmi 11 qəpiklik fərqə görə 4 min manat cərimə tətbiq edilməsi olub. Kiçik məbləğə görə bu qədər böyük cərimənin kəsilməsi məsələsi verilişdə müzakirəyə çıxarılıb.

Proqramda səsləndirilən digər maraqlı sual isə həkimlərin yazdığı dərmanlarla bağlı olub. “Həkimlərin yazdığı dərmanların 99 faizi niyə eyni firmadandır?” sualı ətrafında dərman təyinatları və pasiyentlərin seçim imkanları gündəmə gətirilib.

Verilişdə atasına görə taksi sürücüsünü döyən gənclə bağlı hadisəyə də yer ayrılıb. Eyni zamanda, TikTok-da başlayan mübahisələrin sonradan küçə davalarına çevrilməsi məsələsi diqqət mərkəzində olub. Sosial şəbəkələrdəki qarşıdurmaların real həyata daşınması və bunun cəmiyyət üçün yaratdığı problemlər müzakirə edilib.

“Söz qaytaran”ın növbəti maraqlı mövzusu isə Azərbaycanda yeni alış-veriş üsulu ilə bağlı olub. “Mağazada həm satıcı, həm də alıcı sənsən” fikri ilə təqdim olunan bu yenilikdə alış-veriş prosesinin necə həyata keçirildiyi məsələsinə toxunulub.

Verilişin növbəti buraxılışında bütün bu mövzular tamaşaçılara təqdim olunub.

 

APA TV Söz qaytaran market cərimə dərman həkimlər taksi sürücüsü TikTok küçə davası alış-veriş

Mənbə: lent.az

Xəbər lenti