IMG-LOGO

İbrahim Kalın HƏMAS-ın Siyasi Bürosunun üzvləri ilə Qəzza üzrə Sülh Planını müzakirə edib

01 Apr 2026 00:04 3 baxış
IMG

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın HƏMAS-ın Siyasi Bürosunun üzvü Xəlil Əl Hayyanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə "Anadolu Ajansı" məlumat yayıb.

"Ankaradakı görüşdə Qəzzada davam edən gərginlik, humanitar böhran ilə İordan çayının Qərb sahilində İsrailin atdığı addımlar və Qüdsdə Məscidül-Əqsaya tətbiq edilən məhdudiyyətlər gündəmə gətirilib", - məlumatda qeyd olunub.

İsrailin Qəzza üzrə Sülh Planının birinci mərhələsindən irəli gələn öhdəliklərini yerinə yetirməsinin təmin edilməsinin vacibliyi vurğulanan görüşdə ikinci mərhələnin tətbiqinə dair ətraflı qiymətləndirmələr aparılıb.

HƏMAS nümayəndə heyəti Türkiyənin Qəzzada sülhün təmin edilməsi üçün indiyə qədər göstərdiyi səylərə görə prezident Rəcəb Tayyib Ərdoğana təşəkkürlərini çatdırıb.

Qeyd edək ki, daha əvvəl HƏMAS Siyasi Bürosunun üzvü Xəlil Əl Hayyanın başçılıq etdiyi nümayəndə heyəti Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.

Xəbər lenti